Вернуться назад Распечатать

Xəzər rayonunda “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” qeyd olunub

29 dekabr 2025-ci il tarixdə Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Buzovna qəsəbəsində yerləşən “Zağulba Saray”da keçirilən bayram tədbirində RİH başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİHB Aparatının rəsmiləri, idarə, müəssisə və təşkilatların sədri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti və gənclər iştirak etmişdir.

1xeber.media xəbər verir ki,tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Açılış nitqi ilə çıxış edən E.Salahov tədbir iştirakçılarını “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəti ilə təbrik etmişdir. O, bildirmişdi ki, bugün qeyd etdiyimiz tarix ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir. Həmçinin E.Salahov vurğuladı ki, bugün Ölkə başçısı cənab İlham Əliyev tərəfindən azərbaycançılıq ideologiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, dünya azərbaycanlıları bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşiblər.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Elçin Mansurovun anası Məleykə Məcidova, şəhid Tural Abbasovun atası Şakir Abbasov və digər natiqlər çıxış edərək 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın tarixində xüsusi yer tutan, milli birliyimizin, vətənpərvərliyimizin və azərbaycançılıq ideologiyasının parlaq ifadəsi ollduğunu qeyd ediblər. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıları vahid amal – Vətənə bağlılıq və dövlətçilik ideyası ətrafında birləşdirir. Məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində təsis edilmiş bu bayram xalqımızın həmrəylik ruhunun möhkəmləndirilməsində mühüm rol oynamışdır. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dünya azərbaycanlılarının təşkilatlanması və diasporumuzun güclənməsi istiqamətində mühüm addımlar atılır.

Daha sonra “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayonun ictimai həyatında fəal iştirak edən bir qrup şəxs Xəzər RİH və YAP Xəzər rayon təşkilatının Fəxri Fərman və Təşəkkürnamələri ilə təltif olunublar. Tədbir gənc muğənnilərin ifaları ilə davam etdirilib.