Вернуться назад Распечатать

Məşhur aktyorun qızı oteldə ölü tapıldı

 Amerikalı aktyor Tommi Li Consun qızı Viktoriya Kaliforniyada yerləşən oteldə ölü tapılıb.

1xeber.media xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Məlumata görə, Viktoriyanın cəsədi yanvarın 1-i səhər tezdən San-Fransisko şəhərindəki oteldə aşkar edilib.

Bildirilib ki, hadisə yerinə məhkəmə-tibbi ekspert cəlb olunub və araşdırma aparılıb.

Hazırda Viktoriyanın ölüm səbəbi müəyyən edilməyib.