İranda davam edən etiraz aksiyaları bir sıra şəhərlərdə kütləvi iğtişaşlara çevrilib.
1xeber.media xəbər verir ki, yerli mənbələr və sosial şəbəkələrdə yayılan görüntülərə görə, etirazçılar polis avtomobillərini və dövlət bayraqlarını yandırır, küçələrdə barrikadalar qururlar.
Məlumatlara əsasən, hadisələr əsasən gecə saatlarında daha da şiddətlənir. Təhlükəsizlik qüvvələri iğtişaşların qarşısını almaq üçün sərt tədbirlərə əl atıb. Polis aksiyaların dağıdılması zamanı kütləvi saxlanılmalar həyata keçirir, bəzi bölgələrdə xüsusi təyinatlı qüvvələr cəlb olunub.
Şahidlərin bildirdiyinə görə, qarşıdurmalar zamanı gözyaşardıcı qazdan və digər kütləvi nəzarət vasitələrindən istifadə edilir. Rəsmi qurumlar saxlanılanların sayı və mümkün xəsarətlər barədə hələlik ətraflı məlumat yaymayıb.