Вернуться назад Распечатать

ABŞ rəhbərliyi Venesuela ilə bağlı hərbi planları müzakirə edib

ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı endirilən zərbələrdən əvvəl Floridada yerləşən Mar-a-Lago iqamətgahında milli təhlükəsizlik məsələlərinə həsr olunmuş müşavirə keçirib.

1xeber.media  xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb. Qəzetin yazdığına görə, müşavirədə Venesuela ilə bağlı mümkün hərbi addımlar və regionda yaranmış vəziyyət müzakirə olunub.

Məlumatda görüşün detalları açıqlanmasa da, onun Venesuela istiqamətində həyata keçirilən hərbi əməliyyatlardan dərhal əvvəl baş tutduğu vurğulanır. Hadisə beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub.