1xeber.media xəbər verir ki, məşhur aparıcı, Real TV-nin rəhbəri Mirşahin Ağayevin oğlu Mirçingiz Ağazadə özünün facebook səhifəsində etdiyi paylaşımla diqqət çəkib.
Həmin paylaşımı olduğu kimi təqdim edirik:
"Bu hal artıq neçənci dəfədir təkrarlanmasaydı, bəlkə, yenə “it hürər, karvan keçər” prinsipiylə üzərində dayanmazdım. Məsələn, bir dəfə Kəramət Böyükçöl rişxənd etmişdi ki, güya mən özümə yeni iş yeri axtarıram və bu axtarışlarıma başlıca səbəb də atamın təhqir edilməsinə dözə bilməməyim imiş. Ardınca da açıqlama vermişdi ki, öz balaca kitabxanalı dünyasında məzələnirmiş... Sonra hansısa müxalifət səhifələrinin birində, qərbin ağuşunun göbəkdən bir qarış aşağısından qidalanan murdar rüşeymlər HƏTTA SUBAY OLDUĞUM halda rəzil şayiələr, xəbərlər yaydılar ki, güya Mir Şahin Ağayev oğlunun, yəni mənim arvadıma təcavüz edib. Bəli, belə bir iftirada bulunmaq əsl oğraşlıq nümunəsidir. Lakin hələ heç nə yekunlaşmamışdı. Deməli, dünən dostumun toyunda idim. Kababdan bir tikə götürmüşdüm ki, dostlarımdan biri votsapla “Operativ TV” adlı müxalifət kanalının videosunu göndərdi mənə. Başlıq da eynilə bu cür: “Mirşahin Ağayevin oğlu deyir, dostlarım yanında atama görə utanıram”...
Çıxış edir vətən xainləri İlqar Hacıyev və Tural Sadıqlı! Və budur, videonun məzmunu mənim hələ məktəbli vaxtlarımdan bəri atama görə utanmağıma, xəcalət çəkməyimə həsr olunub və bunu da kimlər desə, yaxşıdır? Guya sinif yoldaşlarım! Artıq dərəcədə rica və şəxsən tələb edirəm, əgər həqiqətən də hansısa sinif yoldaşım barəmdə belə nakişicə şayiə yayıbsa, üzə çıxsın və o iddiasını birbaşa mənim özümə desin. Neçə-neçə sinif yoldaşımla dostluq, qardaşlıq əlaqələrim var. Hələ indiyəcən biriylə buna bənzər söhbətimiz olmayıb ki, nədənsə xəcalət çəkdiyimi dilə gətirim. A kişi qırıntısı, mən Mir Çingiz Ağayevəm! Ağlım kəsəndən Ağayevlər nəslinin, jurnalistikanın Allahının davamçısı olduğumu bəyan etmişəm və yenə bəyan edirəm. Gec-tez hər kəs bu bəyanatı ən kar qulaqlarıyla da eşitməyə məcbur qalacaq.
İkincisi, dövlətçi olduğum hesabımda gəzişən istənilən şəxsə gün kimi aydındır. İndi hansısa LAlöün ölkələrin, dövlətlərin arpasından yeyib Azərbaycana kişnəyənləri kimin mindiyini, kimin çapdığını, kimin də başqa məqsədlər üçün istifadə etdiyini mən çox gözəl bilirəm!
Bu vaxta qədər siyasi sferada, daxili müxalif qüvvələrin hərc-mərclik qoxan, çürümüş mövzularına hər vəchlə təmkin göstərmişəm. Ancaq kifayətdir. 2024-cü il susduğum sonuncu il idi. Bitdi!
Ay media deyənlər, mən 11 yaşında jurnalist olmağa qərar verəndə sən və sənin kimi məxluqat nümunələri Mir Şahin Ağayevin hər yeni layihəsini gözünə təpməklə məşğul idi. “Hesabat”dan “Ən yeni tarix”ə qədər az qala, hər proqramı Azərbaycanın qızıl arxivinə həkk olunan adam ömür boyu sizə “Dərs” keçib! İnsanın özündən aşağı düşməsi mümkün deyil! İndi görün, siz nə qədər alçaqdasınız ki, kimisə aşağılamaq qüdrətinə malik deyilsiniz, o ki qala, mənim atamı!
Bunu birdəfəlik o xırdaca beyninizə soxmağa məcbursunuz, cənablar və cənabətlilər!
Dövlət zərurətdir, dövlət müqəddəsdir və o, bütün şərtlərdə, bütün hallarda, bütün vaxtlarda qorunmalıdır. İstər “Mir Şahinin vaxtı”nda, istərsə də mənim!
Ölkənin sütunlarını vurmağa başqa yer tapa bilmirsiniz, aydın başa düşürəm. Fərqindəyəm hər şeyin. Ancaq qoy bu da sizə məktəbli vaxtlarından bəri atasına görə qürur duyan, 27 yaşında artıq 5 ildən artıq jurnalistikada can qoyan Mir Çingiz Ağayevin cavabı olsun!
Bu təkcə nəsillərin savaşı deyil, artıq həm də dövlətçilərin xainlərlə savaşıdır.
Bildirin mövqeyinizi. Tanıyaq, siz KİMSİNİZ, yoxsa nə?!