Вернуться назад Распечатать

Sumqayıtda zəncirvari qəza - 6 maşının iştirakı ilə+Fotolar

Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

1xeber.media Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

İlkin məlumata görə, iki “Opel”, “Toyota Prius”, “VAZ-2104”, “Changan” və “BMW” markalı minik avtomobilləri toqquşub.

Qəzaya səbəb kimi sürücülər tərəfindən ara məsafəsinin gözlənilməməsi göstərilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.