Вернуться назад Распечатать

Xocalıda 53 yaşlı kişini cərəyan vurub öldürdü

Xocalıda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

1xeber.media məlumatına görə, Ağdam rayon sakini 1973-cü il təvəllüdlü Əliyev Nüşirəvan Əvəz oğlu Xocalı rayon ərazisində təmir bərpa işi görən zaman elektrik cərəyanı vurub.

Baş verən hadisə zamanı N.Əliyev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.