Penza hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
1xeber.media xəbər verir ki, Rosaviatsiya sözçüsü Artem Korenyako bu barədə yanvarın 5-də özünün Telegram kanalında məlumat verib.
"Penza hava limanı. Təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - o bildirib.
Korenyako izah edib ki, məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün lazımdır.