Ukraynanın Praqadakı səfiri Vasil Zvariç Çexiya Deputatlar Palatasının sədri Tomio Okamuranın Yeni il müraciətini tənqid edərək diplomatik etiketi pozub.
1xeber.media xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş yanvarın 5-də Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.
"O, belə demək mümkünsə, hansısa diplomatik etiketi pozub. Onun burada bizə öyrədəcəyi heç nə yoxdur. O, diplomatdır. Əgər Ukraynanın xarici işlər naziri belə deyirsə, o, siyasətçidir və hər şey qaydasındadır", - Babiş bildirib.
Yeni il müraciətində Okamura Ukraynadakı münaqişəni maliyyələşdirmək üçün çex vergi ödəyicilərinə vəsait göndərilməsinin əleyhinə çıxış edib. Siyasətçi ölkənin yeni hökumətinin daha praqmatik mövqe tutacağına ümid etdiyini bildirib.