Вернуться назад Распечатать

Avropa Komissiyası Ukraynaya 90 milyard avroluq yardımın ilk tranşını köçürəcək

Avropa Komissiyası 2026-cı ilin ikinci rübünə qədər 90 milyard avroluq maliyyə yardımı paketinin birinci tranşını Ukraynaya köçürməyi planlaşdırır.

1xeber.media xəbər verir ki, bu barədə yanvarın 5-də Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Maçej Berestetski məlumat verib.

O vurğulayıb ki, AK Kiyevə dəstəyin vacibliyini qəbul edir.

"Biz, şübhəsiz ki, Ukraynaya mümkün qədər tez maliyyələşdirmənin vacibliyini başa düşürük. Biz birinci tranşı 2026-cı ilin ikinci rübündən gec olmayaraq köçürməyi planlaşdırırıq", - TASS Berestetsky-dən sitat gətirib.