Вернуться назад Распечатать

Elxan Allahverdiyev şəhid atasının yas mərasimində iştirak etdi

1xeber.media xəbər verir ki,05 yanvar 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Araz Şiralıyev, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov, rayon ictimaiyyəti  Vətən müharibəsi şəhidi Qarayev Tural Şahin oğlunun atası Şahin Qarayevin yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verdilər.

Allah rəhmət eləsin!