1xeber.media xəbər verir ki, Polşa hərbçilərinin Ukrayna münaqişəsində iştirakını istisna etmək lazımdır. Bu bəyanatla Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa dekabrın 10-da çıxış edib.
“Bu gün Polşa hərbçilərinin Ukraynadakı münaqişədə iştirakını istisna etmək lazımdır”, o, TVN24 telekanalında bildirib.O əlavə edib ki, səfərbərliyin genişləndirilməsindən sonra Ukrayna digər məsələlərlə yanaşı, itirilmiş əraziləri qaytara bilməyəcək. Onun sözlərinə görə, “bu insan resursları onsuz da çox az olacaq”.