
Tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli olduqca ilginc faktı ictimailəşdirib.
1xeber.media xəbər verir ki, bu fakt deputat Razi Nurullayevin siyasi kimliyini ifşa edən mühüm detal kimi əhəmiyyətlidir.
Belə ki, yuxarıda təqdim etdiyimiz foto-faktı özünün sosial şəbəkə hesabında paylaşan Cavanşir Həsənli yazır:
"Vladimir Jirinovskinin lideri olduğu Liberal Demokrat Partiyası (Leninqrad vilayəti üzrə regional şöbəsi) 2018-ci ilin yayında Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Nurullayev Hüseyin Qulaməli oğlunun yerli bələdiyyə seçkilərində namizədliyini irəli sürübmüş".
Hər halda burda təsadüfi heç nə yoxdur və hər şey gün kimi aydındır...