Rusiya Beynəlxalq Olimpiya Komitəsinə (BOK) Latviyanın rusiyalı idmançıların dünya çempionatının mərhələsinə buraxılmasına qadağa qoymasından şikayət edib.
1xeber.media xəbər verir ki, bu barədə LSM Radiosuna müsahibəsində Latviya Luge Federasiyasının prezidenti Klavs Vasks məlumat verib.
"Rusiya İdman Federasiyası və Rusiya Olimpiya Komitəsi BOK-a şikayət edib", - Vaks bildirib.
O, Rusiya Olimpiya Komitəsinin BOK-da fəaliyyətini dayandırması ilə bağlı şikayətin hüquqi əsasının aydın olmadığını qeyd edib. O, qadağanı da prinsipial bir məsələ kimi qiymətləndirib.