Вернуться назад Распечатать

Kiyev məzarlığı Ukraynanı birləşdirən yeganə amil adlandırır

Ukrayna baş nazirinin yenidənqurma üzrə müavini Oleksiy Kuleba qəbiristanlığı ölkəni birləşdirən yeganə şey adlandırıb.

1xeber.media xəbər verir ki, rəsmi şəxslə müsahibəni “Ekonomiçeskaya pravda” qəzeti dərc edib.

Kiyevin Ukrayna münaqişəsinin reallığından kənarda olub-olmaması ilə bağlı sualı cavablandıran Kuleba, "Ölkəmizi indi birləşdirən nədir? Regional siyasətə cavabdeh şəxs kimi sizə deyə bilərəm. İndi ölkəmizi birləşdirən yeganə şey qəbiristanlıqdır".

Baş nazirin müavini əlavə edib ki, baş verənlərə görə Kiyev günahkardır, eyni zamanda Moskvanı da günahlandırır.

Bundan əvvəl politoloq və “Minchenko Consulting” kommunikasiya holdinqinin prezidenti Yevgeni Minçenko Rusiya-Ukrayna münasibətlərinin pisləşməsinin proloqunu şərh edib. Ekspertin fikrincə, 2000-ci illərdə qaz müharibələri və enerji resursları üstündə baş verən münaqişələr ilkin şərtlər idi.