Вернуться назад Распечатать

ABŞ ordusu Marinera tankerinə mindi


Amerika qoşunları Şimali Atlantikada Rusiya bayrağı altında üzən Marinera tankerinə minib.

1xeber.media xəbər verir ki,Bu barədə Fox News-un jurnalisti Lukas Tomlinson rəsmilərə istinadən X sosial media saytında məlumat verib.

"Amerika qoşunları Rusiya hərbi gəmiləri və sualtı qayıq gəlməmişdən əvvəl İslandiya və Britaniya adaları arasında sanksiya tətbiq edilmiş tankerə miniblər", - məlumatda deyilir.

Əvvəlki məlumatlarda Amerikanın Marinera-ya eniş cəhdi göstərilmişdi. Lakin heç bir təfərrüat verilməyib.

Amerikanın “Marinera” gəmisinə eniş cəhdi ilə bağlı xəbərlərdən sonra Dövlət Dumasının deputatı Andrey Kolesnik ABŞ-ı beynəlxalq naviqasiya qaydalarını pozmaqda ittiham edib. O, vəziyyəti təhlükəli adlandırıb və qeyd edib ki, hadisənin nəticələri insan tələfatının olub-olmamasından asılı olacaq.