1xeber.media xəbər verir ki, Belçikanın müdafiə naziri Teo Franken ABŞ-ın Venesueladakı əməliyyatı zamanı beynəlxalq hüququ pozduğunu bildirib.
Belçika rəsmisi ölkənin federal parlamentinin üzvləri qarşısında çıxışı zamanı sualları cavablandırıb.
"Beynəlxalq hüququn pozulub-pozulmadığını soruşsanız, müsbət cavab verəcəm" dedi Franken.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın Venesuelada "qansız" əməliyyat keçirməsi ilə bağlı iddialarından şoka düşdüyünü bildirmişdi. O, əlavə edib ki, ABŞ-ın Karakasdakı əməliyyatın nəticələrini görməməzliyə vurmasına kimin icazə verdiyi barədə məlumatı yoxdur. Diplomat həmçinin qeyd edib ki, BMT yeni il gecəsi Xerson yaxınlığındakı kafeyə hücumda olduğu kimi ABŞ-ın əməliyyatını düzgün qiymətləndirə bilməyib.