Вернуться назад Распечатать

"Santos" Neymarla bağlı qərarını verdi

Braziliyanın "Santos" klubu ulduz hücumçusu Neymarın gələcəyi ilə bağlı rəsmi qərarını açıqlayıb.

1xeber.media xəbər verir ki, Braziliya təmsilçisi təcrübəli oyunçunun müqavilə müddətinin 2026-cı ilin sonuna qədər uzadıldığını bəyan edib.

Hazırda 33 yaşı olan Neymarın bu qərarı onun 2026-cı il Dünya Çempionatında Braziliya millisinin heyətində yer almaq şanslarını da gündəmə gətirib.

Azarkeşlər ulduz futbolçunun doğma klubundakı çıxışını maraqla gözləyirlər.