ABŞ prezidenti Donald Tramp Norveçin ona Nobel Sülh Mükafatını verməmək qərarını axmaqlıq adlandırıb.
1xeber.media xəbər verir ki, Ağ Ev rəhbəri bunu özünün TruthSocial sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Mən səkkiz müharibəni təkbaşına başa vurdum və NATO üzvü olan Norveç axmaqcasına mənə Nobel Sülh Mükafatını verməməyi seçdi”, – yazıda deyilir.
Tramp vurğuladı ki, milyonlarla insanın həyatını xilas etmək vacib olduğu müddətcə bunun “fərqi yoxdur”.
Oktyabr ayında Donald Tramp hələ də 2026-cı ildə Nobel Sülh Mükafatını almağa ümid etdiyini bildirmişdi. O, digər ABŞ prezidentlərinin bir müharibəni belə dayandıra biləcəyini şübhə altına aldı, indiki lider isə səkkiz münaqişəni dayandırdığına inanır.