Вернуться назад Распечатать

Şahin Bağırov DGK-ya yeni Aparat rəhbəri təyin etdi

Dövlət Gömrük Komitəsinə Aparat rəhbəri təyin olunub.

1xeber.media  xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Əsədov Kənan Elmar oğlu DGK-nin Aparat rəhbəri təyin edilib.

Qeyd edək ki, K.Əsədov 2023-ci ilin oktyabr ayından Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunmuşdu.