Вернуться назад Распечатать

Tramp Respublikaçı senatorları ABŞ-ın milli təhlükəsizliyini təhdid etməkdə günahlandırdı

ABŞ prezidenti Donald Tramp onun müharibə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni dəstəkləyən respublikaçı senatorları tənqid edərək, bunun ölkənin müdafiəsini zəiflətdiyini iddia etdi.

1xeber.media xəbər verir ki, O, bunu 8 yanvarda TruthSocial sosial media platformasında elan etdi.

Trampın sözlərinə görə, bəzi partiya yoldaşlarının təşəbbüsü dəstəkləməsi milli təhlükəsizliyə birbaşa zərər vurur.

"Bu səsvermə ABŞ-ın özünümüdafiəsini ciddi şəkildə zəiflədir və Prezidentin Ali Baş Komandan kimi səlahiyyətlərini sarsıdır", - deyə o yazıb.