Вернуться назад Распечатать

ABŞ-ın sadəcə Kubaya gedib hər şeyi partlatması kifayətdir - Tramp

ABŞ prezidenti Donald Tramp Kubaya qarşı təhdid səsləndirib.

1xeber.media xəbər verir ki, onun sözlərinə görə Vaşinqton artıq adaya təzyiqi artıra bilməz və ABŞ-ın yeganə seçimi ora gedib hər şeyi partlatmaqdır. 

Amerika lideri deyib: "Düşünmürəm ki, ora gedib hər şeyi partlatmaqdan başqa tətbiq ediləcək çox təzyiq qalıb". O, həmçinin Kubanın hazırda ciddi çətinliklər içində olduğunu və "dalğada qaldığını" vurğulayıb.

Daha əvvəl Tramp ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığına görə Emcore və HieFo arasında yarımkeçirici müqaviləni ləğv etmək qərarına gəlmişdi.