Вернуться назад Распечатать

Adam Kadırov Zelenskiyə hədə-qorxu gəldi: “Onu Qroznıya hərbi cinayətkar kimi gətirəcəyik”

 

Çeçenistan Respublikasının rəhbərinin köməkçisi və ÇR Təhlükəsizlik Şurasının katibi Adam Kadırov Ukrayna Prezidenti Volodimir Zelenski barəsində sərt və təhdid dolu bəyanatla çıxış edib.

 Adam Kadırov sosial şəbəkələrdə paylaşdığı açıqlamada Zelenskini “Qroznıya gətirməklə” hədələyib və onu “hərbi cinayətkar” adlandırıb.

Bəyanata səbəb Zelenskinin sülh planının uğursuz olacağı təqdirdə Rusiyaya qarşı təzyiqlərin artırılmasının vacibliyini vurğulaması, eləcə də ABŞ-ın Venesuelada atdığı addımlar nümunəsində Çeçenistan rəhbəri Ramzan Kadırovun mümkün saxlanılması ilə bağlı səsləndirdiyi fikirlər olub.

Adam Kadırov Zelenskinin bu açıqlamalarını “reallıqla əlaqəni tam itirmiş mövqe” kimi qiymətləndirərək bildirib ki, bu cür sözlər “nə unudulur, nə də bağışlanır”.

“Əgər Ali Baş Komandan və ya atam bir söz desə, səni harada olursan-ol tapacağıq. Bu sadəcə zaman məsələsidir”, – deyə Kadırov yazıb.

O əlavə edib ki, Zelenski Qroznıya “prezident kimi yox, hərbi cinayətkar kimi” gətiriləcək.

Paylaşım son dərəcə aqressiv ritorika və Ukrayna liderinə yönəlmiş şəxsi ittihamlarla müşayiət olunub.

Musavat.com