Вернуться назад Распечатать

“Medera” hospitalın mühafizəçisi barədə qərar verildi

Amnistiya aktı Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “Medera” hospitalın mühafizəçisi Nurəddin Cəlilova da şamil olunub.

1xeber.media  APA-ya istinadla xəbər verir ki, Ədliyyə Nazirliyi Probasiya xidmətinin Nurəddin Cəlilovla bağlı təqdimatına baxılıb.

Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, o, şərti cəzanın çəkilməmiş hissəsindən azad edilib.