Вернуться назад Распечатать

Qətlə yetirilən əsgərin anası qəzada öldü

2023-cü ilin sentyabrında Kəlbəcərdə hərbçi yoldaşı tərəfindən qətlə yetirilən əsgər Rüfət Ağayevin  ailəsində daha bir faciə yaşanıb.

1xeber.media  xəbər verir ki, R.Ağayevin anası Gülnarə Ağayeva yol qəzasında həlak olub. Onu Suraxanı rayonu ərazisində avtomobil vuraraq öldürüb.

Qeyd edək ki, ötən il Rüfət Ağayevi mübahisə zəminində öldürən əsgər yoldaşı Tale Qurbanov məhkəmənin hökmü ilə 16 il həbsə məhkum edilmişdi.