1xeber.media xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani özünün X sosial media səhifəsində İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampı İran xalqının əsas qatilləri adlandırıb.
"İran xalqının əsas qatillərinin adlarını açıqlayırıq: 1 - Tramp, 2 - Netanyahu", - Laricani yazıb.
O, Trampın İrandakı etirazçılara müraciətinə cavab olaraq onları etirazları davam etdirməyə çağırıb.
Bir müddət əvvəl Reuters agentliyi İran rəsmisinə istinadən iğtişaşlarda ölənlərin sayını bildirmişdi. O, etirazçıların və təhlükəsizlik qüvvələrinin ölümünü "terrorçular" adlandırmışdı.
ABŞ Prezidenti Donald Tramp öz növbəsində İrandakı etirazçıları hökumət binalarını ələ keçirməyə çağırıb. O, etirazçılara qarşı basqılar dayandırılana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etdiyini vurğulayıb və əlavə edib ki, "kömək yoldadır".