1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp tezliklə müddəti bitəcək ABŞ, Kanada və Meksika arasında azad ticarət sazişinin taleyi ilə bağlı narahat olmadığını bildirib.
"Sazişin baş tutub-tutmamasının fərqi yoxdur. Düşünürəm ki, onlar bunu istəyirlər. Düzünü desəm, vecinə də deyil", - deyə Tramp bildirib.
Üç ölkə arasında saziş 2018-ci ildə imzalanıb və Şimali Amerika Azad Ticarət Zonasını əvəz edib.
Daha əvvəl ABŞ prezidenti İranla iş görən ölkələrə 25 faizlik tarif tətbiq edib.
İxracatçılar və İdxalçılar Assosiasiyasının vitse-prezidenti Artur Lir Trampın bu addımının qlobal iqtisadiyyata dərhal təsir etməyəcəyini, lakin İranın tərəfdaşı olan üç ölkəyə zərər verəcəyini bildirib.