Вернуться назад Распечатать

Binəqədidə Şəhidin doğum günü ilə əlaqədar məzarı ziyarət olundu

1xeber.media xəbər verir ki,13 yanvar 2026-cı il tarixində şəhid Qurbanlı Fəxrəddin Seyfəddin oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Rəhman Qəhrəmanov və digərləri iştirak edirdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.