Вернуться назад Распечатать

Abid Şərifov: “86 yaşlı adamın səhhətində nə irəliləyiş olacaq?”

“İndi nisbətən babatam. Ev şəraitində müalicəm davam edir”.

1xeber.media xəbər verir ki,bunu “Yeni Sabah”a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov bildirib.

O, səhhətində irəliləyiş olub-olmaması barədə suala cavab olaraq deyib:   

“Mənim 86 yaşım var. 86 yaşlı adamın səhhətində nə irəliləyiş olacaq? Buna da şükür. Əvvəlki ilə müqayisədə indi nisbətən hərəkət edə bilirəm”.

Qeyd edək ki, Abid Şərifov 1940-cı ildə Şəkidə anadan olub. O, 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirinin müavini vəzifəsində çalışıb.

A.Şərifov ötən ilin oktyabrında insult keçirib.