Вернуться назад Распечатать

"Həbs olunan hər kəs cinayətkardır" - İranlı nazir

İranda etiraz edən və 8 yanvarda Rza Pəhləvinin etiraz çağırışından sonra həbs olunan hər kəs cinayətkardır.

1xeber.media "Iran International" a istinadən xəbər verir ki, bunu İranın ədliyyə naziri Əmirhüseyn Rəhimi bildirib. 

"8 yanvardan sonra küçələrdə olan və həbs olunan hər kəs cinayətkardır", - nazir qeyd edib. 

"Iran International"ın mənbələrə və tibbi məlumatlara əsaslanan məlumatına görə, 8 və 9 yanvar gecələri ərzində etirazlar zamanı ən azı 12 min insan ölüb.