Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen Avropa İttifaqını (AB) aparıcı hərbi gücə çevirmək planlarını açıqladı.
1xeber.media xəbər verir ki, onun Avropa Parlamentinin üzvləri ilə qapalı görüşdə etdiyi çıxışlar Euractiv portalı tərəfindən sitat gətirilib.
"Bilirik ki, güclü olmalıyıq və güc vacibdir. Biz hərbi güc deyilik, amma olmağa çalışırıq", - deyə AK prezidenti bildirib.
Qanunvericilərlə görüş zamanı fon der Leyen ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya qarşı iddialarına da toxunub. O qeyd edib ki, AB ada sakinlərinin öz qərarlarını vermək hüququna hörmətlə yanaşır, eyni zamanda onlar avropalıların dəstəyinə də arxalana bilərlər.
Daha əvvəl Avropa Parlamentinin üzvü və "Yeni Avropa" qrupunun lideri Valeri Aille ABŞ suveren borcundan istifadə edərək Qrenlandiya məsələsi ilə bağlı ABŞ prezidenti Donald Trampa təzyiq göstərməyi təklif etmişdi. Onun sözlərinə görə, Avropa İttifaqı həmçinin 450 milyon istehlakçısı olan bazarına çıxışı qadağan etməklə ABŞ administrasiyasına təzyiq göstərməyə çalışa bilər.