ABŞ FİFA Dünya Kuboku və Olimpiya Oyunları kimi böyük idman turnirlərinə ev sahibliyi etməməlidir.
1xeber.media xəbər verir ki, bu barədə Çexiya milli komandasının heyətində ikiqat Stenli Kubokunun qalibi və Olimpiya xokkey çempionu Dominik Haşek ABŞ-da keçiriləcək FİFA Dünya Kuboku üçün 17.000 biletin ləğv edilməsinə münasibət bildirərkən bildirib.
"Bu (Dünya Kuboku üçün 17.000 biletin ləğvi – Red.) kifayət deyil! Demokratiyanın solduğu, zorakılığın və repressiyaların geniş yayıldığı bir ölkə FİFA Dünya Kubokuna və ya Olimpiya Oyunlarına ev sahibliyi etməməlidir", - deyə o, X sosial media platformasında (əvvəllər Twitter) yazıb.
Haşek öz paylaşımında həmçinin bildirib ki, ABŞ beynəlxalq hüquqa hörmət etmir.