Вернуться назад Распечатать

Xəzər Rayon İcra Hakimiyyətində məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclası keçirildi

13 yanvar 2026-cı il tarixdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının yanında məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclası keçirilmişdir.

 1xeber.media xəbər verir ki,iclasda Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsar Mirzəliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini Şahin İskəndərov, Bakı Regional Məşğulluq Filialının müdir müavini Emil Əbdülrəhimli və əlaqələndirmə komitəsinin digər üzvləri iştirakı etmişdir.

İclasda aktiv əmək bazarı tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi, səmərəliliyinin artırılması və sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qruplarının əmək bazarına inteqrasiyasının gücləndirilməsi, eləcə də  əhalinin məşğulluğu sahəsində əlaqələndirmə komitəsinin üzvlərinin fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı məsələlər müzakirələr olunmuşdur.

Eyni zamanda iclasda “Məcburi əməyin risk qrupuna daxil olan şəxslərin məşğulluğunun təmin edilməsi və bu şəxslərin işə götürülməsi üçün sahibkarların stimullaşdırılması” mövzusunda da müzakirələr aparılmışdır.

 İclasın sonunda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul olunmuşdur.