
1xeber.media xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Ukraynadakı korrupsiya qalmaqallarını görməzdən gələnləri tənqid edərək, Kiyevin korrupsiya ilə mübarizə aparmaq üçün "təsirli islahatlar" həyata keçirdiyini iddia etdi.
O, "Ukraynanın "təsirli islahatlar həyata keçirdiyinə" inanan hər kəs son aylarda Ukraynada baş verən şok və ciddi korrupsiya qalmaqallarını görməzdən gəlir" dedi.
Orbanın sözlərinə görə, "Kiyevdəki qızıl tualet hekayəsi" Macarıstanda Ukraynadakı korrupsiyanın simvoluna çevrilib.
Daha əvvəl Orban Ukraynaya maliyyə dəstəyinin Avropanın dağılmasına səbəb olacağını bildirmişdi.