Sahəsinə görə Azərbaycanın ən böyük qoruğu: Qızılağac Milli Parkı
1xeber.media xəbər verir ki,Qızılağac Milli Parkı Xəzər dənizinin cənub-qərb sahilində, Lənkəran rayonu ərazisində, Lənkəran şəhərinin mərkəzindən 35 km aralıqda, Sara yarımadası istiqamətində yerləşir . Qoruq 3 iyun 1929-cu ildə yaradılıb, 26 sentyabr 2018-ci ildə isə Milli park statusunu alıb.
Bu əsrarəngiz qoruq ilin hər fəslində öünəməxsus gözəlliyi ilə göz oxşayır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qızıl payızın son günlərində bir başqa gözəlləşən Milli Parkdan fotolar paylaşaraq Azərbaycan təbiətinin əvəzsiz gözəlliklərə sahib olduğunu bir daha göstərmiş oldu.
Nazirliyin özünün rəsmi Facebook səhifəsində köç edən quşlarla bağlı paylaşdığı fotoları diqqətinizə çatdırırıq: