Вернуться назад Распечатать

AB ölkəsi Qrenlandiyanı istənilən təhdiddən qoruyacağına söz verib

Avropa İttifaqı (Aİ) ölkələri Qrenlandiyanı istənilən təhdiddən qorumağa hazırdırlar.

1xeber.media xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro açıqlama verib. Diplomat bildirib ki, "Qrenlandiya NATO tərəfindən qorunan Avropa ərazisidir. NATO, NATO müttəfiqləri və Avropa ölkələri ərazilərini haradan gəlməsindən asılı olmayaraq istənilən təhdiddən qorumağa tamamilə qadirdirlər". Bundan əvvəl Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen də oxşar bir açıqlama vermişdi.O qeyd etmişdi ki, Qrenlandiya təhlükəsizlik sahəsində Aİ-nin dəstəyinə arxalana bilər. Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen daha əvvəl bildirib ki, Danimarka və ABŞ nümayəndələri arasında danışıqlar Qrenlandiya məsələsində tərəflər arasında fundamental fikir ayrılıqlarını ortaya qoyub.O, vurğulayıb ki, adanın taleyi ilə bağlı Ağ Evdə keçirilən son görüşdə "səmimi və konstruktiv" müzakirə aparılıb, lakin tərəflər razılığa gələ bilməyiblər.