İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampdan İrana hücumları təxirə salmağı xahiş edib.
1xeber.media xəbər verir ki, “The New York Times” (NYT) qəzeti bu qeyri-adi tələbi açıqlayıb. İki lider çərşənbə, 14 yanvar tarixində danışıblar.Söhbətdən sonra Trampın Tehrana qarşı ritorikasını yumşaltmaq qərarına gəldiyi bildirilir. Səudiyyə Ərəbistanı, Qətər, Misir və Oman da daxil olmaqla, ABŞ-ın Yaxın Şərqdəki digər müttəfiqləri Trampa oxşar xahişlər ediblər. Daha əvvəl Tramp İrana etirazları tənqid etməsinə baxmayaraq, ölkəyə hücum planlaşdırmadığını bildirmişdi.“Saat 1 radələrində o, Trampın müharibə istəmədiyi və İrandan ABŞ-ın bölgədəki maraqlarına hücum etməməsini istədiyi barədə məlumat alıb”, - deyə hesabatda qeyd olunur.