Вернуться назад Распечатать

Gəncədə qohumlar arasında dava düşdü - Xəsarət alanlar var

Gəncədə qohumlar arasında dava düşüb.

1xeber.media xəbər verir ki, xəbər verir ki, çay kənarında qohumlar arasında başlayan mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

İlkin məlumata görə, dava zamanı 1985-ci il təvəllüdlü Etibar Nuriyev və onun oğlu 17 yaşlı Ə.Nuriyev müxtəlif bədən xəsarətləri alıb.

DİN-in regional qrupundan bildirildi ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.