Вернуться назад Распечатать

“Mossad” rəhbəri ABŞ-yə getdi - İranı müzakirə edəcək

İsrailin milli kəşfiyyat orqanı “Mossad”ın rəhbəri David Barnea ABŞ-yə səfər edib.

1xeber.media “Axios” portalına istinadən xəbər verir ki, onun ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüş keçirəcəyi planlaşdırılır.

Həmçinin Barneanın ABŞ-də İrandakı vəziyyət və ölkə ilə bağlı planları müzakirə edəcəyi gözlənilir.