Вернуться назад Распечатать

ŞOK QƏRAR! Rus dili qadağan edildi

Qırğızıstanda televiziya məkanında dil balansı dəyişdirilir və dövlət dilinin payı artırılır.

1xeber.media xəbər verir ki, qanunvericiliyin tələbinə əsasən, ölkədə fəaliyyət göstərən telekanallar efir vaxtının azı 60 faizini qırğız dilində yayımlanan proqramlara ayırmalıdır.

Qırğızıstan Mədəniyyət Nazirliyinin açıqlamasına görə, bu norma məcburidir və istisnasız şəkildə icra olunmalıdır. Bunun üçün telekanallara dövlət dili üzrə kontent təmin edilməsi məqsədilə müvafiq istehsal qurumları ilə müqavilələr bağlamaq tapşırılıb. Hakimiyyət orqanları artıq yüzlərlə film, cizgi filmi və serialı kanallara ödənişsiz təqdim edib.

Rəsmi dairələr bildirir ki, əsas məqsəd milli dilin informasiya məkanında mövqeyini gücləndirmək və uzun illər formalaşmış xarici – xüsusilə rusdilli – media üstünlüyünü balanslaşdırmaqdır. Eyni zamanda vurğulanır ki, bəzi kanallar tələbi formal şəkildə yerinə yetirərək köhnə proqramları təkrar yayımlamaqla kifayətlənir, bu isə yerli və yeni kontentin inkişafına xidmət etmir.

Qeyd olunur ki, Qırğızıstanda xarici televiziya məkanında hələ də Rusiya kanalları geniş auditoriyaya malikdir. Yeni dil siyasəti isə hakimiyyət tərəfindən milli şüurun və informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirilir.