Вернуться назад Распечатать

Sərnişin avtobusu yük maşını ilə toqquşdu - Yaralı var

Gəncədə yük avtomobili sərnişin avtobusu ilə toqquşub.

1xeber.media  xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Qəza zamanı 1992-ci il təvəllüdlü Vüqar Verdiyev müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanalardan birinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb