Вернуться назад Распечатать

Polkovnik-leytenant vəfat edib

I Qarabağ müharibəsi qazisi polkovnik-leytenant Sakit Niftiyev vəfat edib.

1xeber.media  xəbər verir ki, o, yaşadığı Cəlilabad rayonunda ürəktutmadan dünyasını dəyişib.

Mərhum ötən gün rayonun Kazımabad kəndində dəfn edilib.

Qeyd edək ki, I Qarabağ müharibəsinin qazisi olan S.Niftiyev müharibədən sonrakı illərdə də orduda xidmətinə davam edib və daha sonra ehtiyata buraxılıb.