Вернуться назад Распечатать

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı artıb. 

1xeber.media  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Bildirilib ki, ötən ilin yanvar-noyabr aylarında əhalinin sayı 34812 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il dekabr ayının1-i vəziyyətinə 10259701 nəfərə çatıb.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Ötən ilin yanvar-noyabr ayları ərzində ölkədə 54582 ölüm halı qeydə alınıb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,7-dən 5,8-ə qədər artıb.