15 yanvar 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
1xeber.media xəbər verir ki,görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin FHN-nin Hərbi hissəsində çirkab suların axıdılması, Yəhya Hüseynov küçəsinə doğru fəaliyyət göstərən 83 saylı marşrut xəttinin geri istiqamətə qayıtmasının təmin edilməsi, Nihad Rzaxanov küçəsinə küçə işıqlarının çəkilməsi ilə bağlı, Xudadat Məlikaslanov və İ. Mahmudov küçələrində sahipsiz heyvanların ərazidən götürülməsi, A.Zeynallı küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (İŞSTX) tərəfindən görülmüş təmir işindən sonra qazılmış torpağın ərazidən götürülməsi, T.Yaqubov küçəsi, ev 8 (yataqxana) ünvanında zirzəmiyə dolmuş suyun çəkilməsi, R.İsmayılov küçəsi, 11 saylı binada zirzəmiyə dolmuş suyun çəkilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.