Вернуться назад Распечатать

Trampın Sülh Şurası sazişini imzalayacağı yer açıqlanıb

ABŞ prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində Qəzza Sülh Şurası ilə bağlı saziş imzalamaq istəyir.

1xeber.media xəbər verir ki, Bloomberg jurnalisti Aleks Vikhem mənbələrə istinadən X sosial media səhifəsində yerin adını çəkib.

"Tramp cümə axşamı Davosda 'Sülh Şurası' üçün imzalanma mərasimi keçirmək istəyir. Hansı ölkələrin imzalayacağı hələlik məlum deyil. Bir çox ölkə ABŞ-ın şərtləri yenidən yazmasını istəyir", - Vikhem yazıb.

Amerikanın "The Financial Times" qəzeti məlumatlı mənbəyə istinadən bildirib ki, Ağ Ev BMT-nin əvəzedicisi kimi Trampın sədrliyi ilə yaradılan "Sülh Şurası"nı nəzərdən keçirə bilər. Nəşr aydınlaşdırıb ki, Vaşinqton şuranın mandatını təkcə Qəzzanı deyil, həm də Ukrayna və Venesuelanı da əhatə edəcək şəkildə genişləndirə bilər.