Вернуться назад Распечатать

Litva Prezidenti Azərbaycana başsağlığı verdi

Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.

1xeber.media-nın  xəbərinə görə, dövlət başçısı bununla bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Litva 1990-cı ilin yanvarında sovet təcavüzü zamanı şəhid olmuş günahsız insanların müqəddəs xatirəsini yad edən Azərbaycanın yanındadır.

Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi. Şəhidlərin ruhları şad olsun”, - Gitanas Nauseda yazıb.