Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə yenidənqurma işləri ilə əlaqədar dekabrın 11-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 12:30-dan saat 14:00-dək Gəncə prospekti, Məhəmməd Hadi, Nəsrəddin Tusi və Sadıqcan küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
1xeber.media xəbər verir ki,bu barədə məlumatı Azərişıq ASC öünün Facebook sosial şəbəkə hesabında paylaşıb.Paylaşımda bildirilir ki,yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.