Вернуться назад Распечатать

Kürdəmirdə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib

1xeber.media xəbər verir ki,bu gün Kürdəmirdə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib. Rayon icra başçısı Elşən Həsənli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in əməkdaşları, YAP Kürdəmir rayon təşkilatının fəalları, təhsil və mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri “20 Yanvar” parkına gələrək "Ana harayı" abidəsinin önünə gül-çiçək dəstələri düzüb, daha sonra rayonun Şəhidlər Xiyabanında ucaldılmış “Şəhidlər” abidəsini ziyarət edib, şəhidlərin məzarlarının üzərinə çiçəklər qoyublar.