Вернуться назад Распечатать

Lukaşenko Belarusun Trampın "Sülh Şurasına" qoşulması ilə bağlı sənəd imzalayıb

1xeber.media xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın təklif etdiyi "Sülh Şurası"na Belarusun qoşulması ilə bağlı sənəd imzalayıb.

Lukaşenko bildirib ki, "Mən ABŞ-a müvafiq müraciət imzalayaraq onların təklifini qəbul etməyə və bu Şuranın təsisçisi olmağa hazır olduğumuzu bildirmişəm".