Вернуться назад Распечатать

Qətər Xarici İşlər Nazirliyi Suriyadakı səfirliyini yenidən bərpa edəcək

1xeber.media xəbər verir ki, Qətər yaxın vaxtlarda Suriyadakı səfirliyini yenidən açmağı planlaşdırır. Bu barədə dekabrın 11-də Qətər Xarici İşlər Nazirliyinə istinadən Jerusalem Post qəzeti məlumat yayıb.

"Lazımi tədbirlər başa çatdıqdan sonra Qətər Suriyadakı səfirliyini yenidən açacaq", - materialda deyilir.

Qətərin Suriyadakı səfirliyi 2011-ci ildən bağlıdır.Bir gün əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan dövlətin Dəməşqdə səfirlik açmaq üçün işə başladığını açıqlamışdı. O, hökumətin müvafiq şərtlərin yerinə yetirilməsini gözləyəcəyini vurğulayıb.